Naxçıvanda Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org bildirir ki, Iğdırdan Naxçıvana gedən Azərbaycan dövlət nömrə nişanlı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxıb.

Dünən axşam saatlarında qeydə alınan qəzada Naxçıvandanyaşayan 2 qadın ölüb, 3 nəfər yaralı isə  Iğdır Dövlət Xəstəxanasına yerləşdirilib.