Londonda "Holborn metro stansiyasında yanğın siqnalizasiyasının işə düşməsi ilə əlaqədar stansiya bağlanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, stansiyada tüstülənmə qeydə alınıb.

Sərnişinlər partlayış səsini eşitdiklərini deyiblər. Stansiyada olanlar təxliyə edildikdən sonra stansiyaya giriş-çıxış bağlanıb.

Hazırda metropoliten xətlərinin birində hərəkət dayandırılıb.