Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

Unikal.org xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

Gürcüstan Daxili İşlər Nazirliyi də hadisə haqda məlumat yayıb.Xəbərdə bildirilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.
Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib.