Türkiyədə gəncin ağır yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib. 

Unikal.org bildirir ki, 18 yaşlı oğlan selfi çəkmək üçün qatar stansiyasında vaqonların üzərinə çıxıb. Ehtiyatsızlıqdan elektrik xətinə toxunması onu həyati təhlükə ilə üz-üzə qoyub. Vaqonların üzərindən yanaraq yerə düşən gənci həkimlər həyata qaytara biliblər.