2017-ci il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,6 min nəfər olub.

Unikal.org xəbər verir ki, işsizlərin 37,2 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,7 manat olub.

Xatırladaq ki, 2017-ci il iyul ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,3 min nəfər olub. Onların 37,3 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,3 manat olub.