İlk hissə başa çatdı. "Qarabağ" ilk hissəni üstün başa vurdu.

xxx

26-cı dəqiqədə Mahir Mədətov hesabı açır. Dino Ndlovunun uzaqdan açdığı zərbə dirəkdən qayıdır və Mahirin qarşısına düşür. Gənc hücumçu da topu boş qapıya göndərir.

xxx

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki, Azərbaycanın futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ öz meydanında Danimarkanın "Kopenhagen komandasını qəbul edir.

Görüş saat 20:00-da başlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək.