Avtomobilin idarə etməsini itirən sürücü səkiyə daxil olaraq, işıq dirəklərini bir-bir yerindən qoparıb.

Unikal.org-un məlumatına görə, bu zaman körpəsi ilə yol gedən gənc qadın arxadan gələn səsi duyaraq, geriyə dönüb avtomobili görsə də qaçmağa macal tapmayıb. 

Amma xoşbəxtlikdən avtomobil onlardan bir metr ara ilə keçərək, ana ilə körpəsinə zərər toxundurmayıb.