Yaşadığın mənzildə ev heyvanlarını saxlamaq gözəldir. 

Unikal.org xəbər verir ki, amma bu heyvanların sayı hədsiz çox olarsa gözəllikdən çox eybəcər mənzərə yaranar. Məsələn paytaxtın Süleyman Rüstəm küçəsinin sakinləri öz qonşularından şikayət edirlər. Onlar milliyətcə rus olan qonşularının evində çoxlu sayda it saxladığından narahatdılar. Deyilənə görə İrina adlı qadın evində nə az, nə çox düz 70 it saxlayır. 

Qonşular itlərin xorla hürməsindən və yaşadıqları blokdan üfunət iyinin gəlməsindən narazlıq edir.