Xəbər verdiyimiz kimi, "Qarabağ UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində Bakıda "Kopenhagenə 1-0 qalib gəlib.

Unikal.org  "Qafqazinfoya istinadən məlumatına görə, matçı 30 mindən çox azarkeş Tofiq Bəhramov adına Respublika stadionunda izləyib.

Bir neçə min nəfər də stadionun kənarında bilet axtarışında olub.

Minlərlə insan istifadə etdiyi plastik su qabları və digər qida tullantılarını küçəyə atmağa üstünlük verib. Nəticədə isə ortaya xoşagəlməz mənzərə çıxıb.

Fotoqraf Rəsul Kərimovun stadionun qarşısında çəkdiyi fotoda minlərlə plastik su qabları və digər tullantıların olduğu zibil yığını görünür.

Sosial şəbəkədə bir çoxları azarkeşləri günahlandırsa da, bəziləri də əraziyə zibil qutularının az qoyulmasından şikayətlənib.

İndi kimdir günahkar: azarkeşlər, yoxsa əraziyə kifayət qədər zibil qutuları qoymayanlar?