Erməni mətbuatı növbəti dəfə Azərbayaca qarşı təxribat edib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, Ermənistanın ən populyar idman saytı (sport.news.am) "Qarabağ klubunun hansı ölkəyə məxsus olduğunu qeyd etməyib.

 
Uydurmaları ilə bütün dünyaya məşhur olan ermənilər ötən gün Çempionlar Liqasındakı baş tutan oyunların nəticələrini saytda dərc edib. Xəbərdə digər klubların hansı ölkəni təmsil etdiyi qeyd olunub. Lakin "Qarabağ qeyd olunmayıb.

 
Qeyd edək ki, "Qarabağ komandası futbol üzrə Çempionlar Liqasının "pley-off mərhələsində ilk oyununda Danimarka çempionu "Kopenhagenə qalib gəlib.