Gədəbəy rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlanıb.

Unikal.org  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsi və Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il avqustun 25-də rayon ərazisindəki evlərdən birindən 5100 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Akif Orucov tutulub.