Goranboy rayonunda avtomobil qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman qarşı tərəfdən gələn "VAZ-21015" markalı avtomobilə çırpılıb.

Nəticədə hər iki avtomobilin sürücüsü və bir sərinişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.