Bakıda toylardan birində maraqlı, eyni zamanda gözlənilməz hadisə yaşanıb.

Unikal.org Baku.ws-yə istinadən xəbər verir ki, toyda gəlinin rəfiqəsinə evlilik təklifi edilib.

Belə ki, gəlin üzünü çevirərək subay qızlara tərəf gül buketini atmayıb. O, həmin buketi rəfiqəsinə verib. Həmin an isə oğlan yaxınlaşaraq o qıza evlilik təklifi edib.

Əvvəlcədən planlaşdırılmış bu səhnə hamı tərəfindən alqışlanıb.