Avqustun 23-də Danimarkada keçiriləcək "Kopenhagen" - Qarabağ oyununu Bakıda izləmək istəyənlər üçün müjdə var.

Unikal.org-un məlumatına görə, böyük oyun Bakı Olimpiya Stadionunda böyük monitorda göstəriləcək.

23 Avqustdan etibarən mütəmadi olaraq keçirəcəyimiz açıq hava futbol nümayişimiz "Kopenhagen" - "Qarabağ" ilə başlayır.

Qeyd edək ki, yerlər öncədən rezervasiya edilməlidir. Rezervasiya üçün +994 55 8226410 nömrəsinə "Ad, Soyad və gələcək şəxsların sayın" yazıb SMS və ya Whatsappla göndərməyiniz kifayətdir.

Giriş 1 nəfər üçün 5 AZN-dir. Əraziyə içki və qida gətirmək qadağandır. Spirtli (pivə) və spirtsiz içkilər, çərəzlər və sendviçlər münasib qiymətə təklif olunur.

Sürücülər avtomobillər Böyükşor Bulvarındakı dayanacaqda saxlaya bilərlər.