Rusiyanın Xalq artisti Vera Qlaqoleva bu gün 62 yaşında vəfat edib.

Unikal.org-un rus mətbuatına istinadən verdiyi xəbərə görə, Vera Vitalyevna onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Vera QlaqolevaDünyanın o başında, "Düşmənlər, "Ağ qu quşlarına güllə atmayın, "Sənin haqqında, "İz ilə gedənlər, "Təzə evlənənlər üçün çətir filmlərinə çəkilib. "Kapitana ərə getmək filmi ilə məşhurlaşıb. 1986-cı ildə "Sovetskiy ekran jurnalı bu filmdəki roluna görə Veranı "İlin ən yaxşı aktrisası seçib.

Rejissor kimi Vera Qlaqoleva "Sınan işıq, "Sifariş, "Şeytan çarxı, "Eyni müharibə, "Iki qadın filmlərini çəkib.