Azərbaycanlı xanımla tanış olub onu evlənmək üçün öz ölkəsinə aparan Türkiyə vətəndaşı dələduzluqla qarşılaşıb. Belə ki, həmin qadın onunla evləndikdən 2 ay yarım sonra pullarını götürərək evdən qaçıb, Azərbaycana qayıdıb. Türkiyə vətəndaşı onu aldadıb qaçan qadını tapmaq və ondan məhkəmə qaydasında təzminat tələb etmək üçün azərbaycana gəlib.

Unikal.org  xəbər verir ki, Azərbaycandan evlənmək üçün qadını Türkiyəyə aparan şəxs dələduzluqla qarşılaşıb. Qadın onun 1200 dollar pulunu və 1000 manatlıq telefonu götürərək aradan çıxıb.