Sarayevo şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Unikal.org xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın U-17 yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma qolsuz bərabərliklə yekunlaşmışdı.