Bakı şəhərində qadın digər qadını bıçaqlayıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova aralarında yaranmış mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Cəmalə Nizami qızı Həmidovanı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.