Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edilib.