Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyun cədvəli müəyyənləşib. 

Unikal.org-un məlumatına görə, "Səbail" və "Kəpəz" klubları rəqiblərini öz meydanlarında keçirə bilməyəcəklər.

"Bayıl Arena" təmirdə olduğundan, "Neftçi" ilə görüş "Dalğa Arena"da, Gəncə şəhər stadionunun ot örtüyü hazır olmadığından, "Zirə" ilə qarşılaşma Yevlax şəhər stadionunda baş tutacaq.

Azərbaycan Premyer Liqası, II tur

19 avqust (şənbə)
18:00. "Səbail - "Neftçi
"Dalğa Arena
20:00. "Qarabağ - "İnter
"Azərsun Arena
20 avqust (bazar)
17:00. "Kəpəz - "Zirə

Yevlax şəhər stadionu
20:00. "Qəbələ - "Sumqayıt
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun bütün görüşləri CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.