"Qarabağ" futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov "CBC Sport" telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib.

Unikal.org ölkə.az-a istinadən bildirir ki, ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. Nərmin Can isə, öz növbəsində, gül buketini qəbul edib.

Qeyd edək ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Danimarkanın "Kophenagen" komandasının qapısına vurduğu qoldan sonra yenidən diqqət mərkəzinə düşüb.