Müğənni Nura Suri onu sosial şəbəkədə təhqir edən şəxsi polisə verib.

Unikal.org xəbər verir ki, bu barədə sənətçinin özü məlumat verib:

"Bütün polislərimizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizdə qanunlar işləyir.Dünən "facebook"da şərh yazıb təhqir edənləri 1 günə tapdılar. Hazırda iş gedir. Bunu ilk dəfə Röya etmişdi. Düşündüm ki, dərs olar hamıya. Amma get-gedə daha da agresivləşən istifadəçilərə bir də dərs vermək lazım gəldiyini gördüm. Ərizə və izahat yazdım. Bir günə tapdılar klaviatura arxasından "qəhrəmanlıq" edənləri. Bilirəm polisin işi çətindir. Gecə, gündüz keçiyimizdə dururlar. Cinayətkarları tuturlar. Heç belə bir məsələ ilə onların işini artırmaq istəməzdim. Amma buna 1 gün son qoyulmalıdır. Haqqımızda təhqir və ya böhtan xarakterli məqalə, statuslar yazan sehifələr barəsində də ölçü götürüləcək. Məhkəməyə veriləcəklər. İnsanlara hörmətlə yanaşın".