Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Öldürülən qadınların ana və qızı olduğu məlum olub. Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər. (APA)

xxx

Göygöldə iki qadın qətlə yetirilib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.
Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.