İspaniyanın Barselona şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Unikal.org  "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 20 nəfər yaralanıb.

xxx
İspaniyanın turistik bölgəsi olan Barselonada kimliyi bəlli olmayan şəxs idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

Unikal.org-un verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Məlumata görə, mikroavtobusu idarə edən və onunla birgə olduğu deyilən şəxs hadisə yerindən qaçmağa nail olub.

Başqa bir məlumata görə, hadisəni törədənvə silahlı olduğu deyilən şəxslər yaxınlıqda yerləşən restoranı da atəşə tutublar.Hazırdaərazidəbütün metro və qatar stansiyalarının giriş-çıxışları qapadılıb. Bölgədə əməliyyatlar keçirilir.

Bölgə polisi hadisəni terror aktı kimi qiymətləndirib. Teraktın hansı qruplaşma tərəfindən törədildiyi isə, hələlik bəlli deyil.