Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib.

Unikal.org xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib.