Sosial şəbəkələr öz bizneslərini istifadəçi məlumatları üzərində qururlar. Bununla belə istifadəçilər bundan xeyir götürmürlər.

Unikal.org technote-yə istinadən xəbər verir ki, bunun alternativ variantını "Etherium blokçeyn (blockchain) platforması əsasında qurulmuş "Indorse adlı sosial şəbəkə təqdim edir.

Bu sosial şəbəkə öz istifadəçilərinə hər paylaşıma görə xallar verməyə hazırlaşır. Həmin xallar vasitəsilə isə kriptovalyuta qazanmaq mümkündür. "Indorseun məqsədi "Facebook ilə rəqabətə girmək deyil. Belə ki, o, "LinkedInnin yeni versiyası olmağa çalışır. Beləliklə, istifadəçilər bu sosial şəbəkədə xallara görə öz professional bacarıqlarını paylaşacaqlar.

Yeni sosial şəbəkə, "Etherium blokçeyn platforması üzərində qurulur. İstifadəçilər "Indorse Rewards adlı bonuslar və "Indorse Score adlı reytinqlər əldə edəcəklər. Reytinqi digər istifadəçilərin dəstəyi sayəsində yüksəltmək mümkün olacaq. İstifadəçi nə qədər çox saytdan istifadə etsə və orda paylaşım yerləşdirsə, bir o qədər də xal əldə edəcək.

Məlumatlarla bağlı olacaq bütün əməliyyatlar və bonuslar "Etherium sistemində qeydiyyatda olacaq. Kriptovalyutaya isə istifadəçi tərəfindən yığılmış xallar deyil, reklamverənlər tərəfindən təqdim olunacaq rəqəmsal tokenlər çevriləcək.