Londanda dünya çempionu olan azərbaycanlı atlet Ramil Quliyevin qələbəsinə ən çox sevinənlərdən biri də onun həyat yoldaşı Marqaritadır.

Unikal.org xəbər verir ki, əslən ukraynalı olan Marqarita Ramilin qələbəsi ilə bağlı sevincini sosial şəbəkədəki dostları ilə bölüşüb.

"Xoşbəxtəm ki, sərf edilən zəhmət, güc boşa getmədi. Böyük iş görüldü. Bu cür emosiyalar uzun müddət üçün bəs edər. Sən mənim çempionumsan", - Marqarita yazıb.

Ramilin xanımı Marqarita da idmançıdır. Cütlük hazırda Türkiyədə yaşayır.