Bakıda qadın gecə klubunda döyülüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 171 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. Elvira Quliyeva klubda əylənərkən tanımadığı oğlan tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.