Bakının mərkəzində polislə qadın arasında insident yaşanıb.

Polis ona tabe olmayan xanımı zorla post-patrul avtomobilinə mindirərək aparıb.

Unikal.org Criminal.az-a istinadən verdiyi məlumata görə, hadisə Fəvvarələr Meydanında yerləşən Otto gecə klubunun qarşıısnda baş verib.

Niva markalı 10 NJ 666 dövlət nömrə nişanlı avtomobilin sürücüsü maşını arxaya sürən zaman post-patrul avtomobili gəlib. Polis əməkdaşı sürücüyə maşını arxaya verməsini istəyib. Sürücü isə buna etiraz edib. Bu zaman polislər maşından düşərək sürücünü maşına mindiriblər.

Nivada olan qadın buna etiraz edən zaman qızı zorla, qışqırdaraq maşına basıblar.