Xaçmaz rayonunda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 17-də rayonun Qaradağlı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini Xanbala Zaidova məxsus "VAZ-21010" markalı avtyomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən dərhal Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.

Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.