"Bakı Telefon Rabitəsi MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından "İctimai Wi-Fi layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə "İçərişəhər dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qoqrud" parkında da işə salınacaq.