"Neftçi Peşəkar Futbol Klubu yeni üzvlük kartlarının satışına start verib.

Unikal.org  klubun saytına istinadən məlumat verir ki. "N-Kart adı altında satışa çıxarılmış 4 fərqli kartı əldə etməklə həm komandanın bütün ev oyunlarını (avrokubok oyunları da daxil olmaqla) "Bakcell Arenadan canlı izləmək imkanı qazanmaq, həm də klubun və onun tərəfdaşlarının təklif və imtiyazlarından yararlanmaq olar.

Kartları klubun rəsmi saytındakı "N-Kart və "Fan Shop Online bölməsində onlayn şəkildə sifariş etmək mümkündür.