Ötən gün Barselonada avtomobili piyadaların üzərinə sürən terrorçu Kambrils şəhərində polis tərəfindən məhv edilib.

Unikal.org-un xəbərinə görə, bu barədə "El País qəzeti polis mənbələrinə istinadən məlumat verib.
Ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.

Bundan sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 14 nəfər ölüb, 130 nəfər yaralanıb. Polis Kambrils şəhərində 5 terrorçunu zərərsizləşdirib.

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.