Paytaxtda restoranda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli mansard tipli restoranın mansardında sahəsi 15 kvadratmetr olan mətbəxin dam örtüyünün yanar konstruksiyaları 4 kvadratmetr sahədə yanıb.

Restoranın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.