Ötən gün Katex çayının Balakən rayonundan keçən hissəsində batmış, 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Unikal.org xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Əməliyyat saat 07:35-də başa çatıb.

Qeyd edək ki, dünyasını dəyişən Ə. Nuruyev fəaliyyəti dayandırılmış "Aygün televiziyasının rəhbəri Nəzirxan Nuruyevin oğludur.