Bakıda sərnişin avtobus sürücüsünə tapança tuşladı - Polis onu axtarır (VİDEO)

19 Avqust 2017 [10:58]


Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.
 
Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür.










SON XƏBƏRLƏR davamı
2017-09-25
2017-09-24










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (12.33%)
Xeyir (87.67%)


TƏQVİM