Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5200 ədəd "Winston" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.