Neft bahalaşdı

19 Avqust 2017 [11:24]


Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 1,42 dollar bahalaşaraq 48,51 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti isə 1,69 dollar artaraq 52,72 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,51 dollar və yaxud 0,96% artıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 53,39 dollar/barelə bərabər olub.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



azertag







SON XƏBƏRLƏR davamı
2017-09-25
2017-09-24










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (12.33%)
Xeyir (87.67%)


TƏQVİM