Ötən gün Tovuz rayonunun Sarıtala kəndində bədbəxt hadisə baş verib.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, kənddə camış fermasında çalışan 1968-ci il təvəllüdlü Məryəm Paşayevaya kəl (erkək camış) hücum edib. Bu zaman M. Paşayevanın qohumu olan 1957-ci təvəllüdlü Gədəbəy sakini Quliyevə Maniə Saat qızı kəli ayırmaq istəyib. Ancaq kəl buynuzu ilə M. Quliyevanın boyun damarını partladıb və qadın hadisə yerində ölüb.

Xəsarət alan M. Paşayeva isə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb.