Ermənistan zabitləri orduda zorla saxlanılır

19 Avqust 2017 [13:24]


Ermənistan hakimiyyəti zabitləri orduda zorla saxlamaq arzusundadırlar. Müdafiə nazirinin yeni qərarının əks təsiri olacaq.

Unikal.org azertag-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuat məlumat yayıb. Xəbərdə deyilir ki, bunu Ermənistan müdafiə nazirinin 2017-ci il 20 iyun tarixdə verdiyi yeni əmrə münasibət bildirən vəkil Norayr Norikyan deyib.

Vəkil Norayr Norikyan bildirib ki, bu əmrdən sonra 17 zabit məhkəmələrə hüquqlarının bərpa edilməsi tələbi ilə müraciət edib. Yeni əmrə əsasən zabitlərlə bağlanmış müqavilənin yeni dəyişdirilmiş variantı təklif edilib. Əmrə əsasən hərbi təhsil müəssisəsini bitirmiş zabit 10 il başa çatmamış xidmətdən imtina edərsə, hər il üçün hazırda mövcud 250 min dram (880 AZN) əvəzinə dövlətə 1 milyon dram (3525 AZN) ödəməlidir. Bir çox zabitlər yeni müqaviləni imzalamaqdan imtina ediblər.

Vəkil Norayr Norikyan deyib: "Çox təəssüf ki, zabitlərin böyük əksəriyyəti bu gün Ermənistanı tərk etmək niyyətindədirlər. Bu, bizim ümumi bəlamızdır və ordunun problemidir. Erməni ordusunun zabiti öz ailəsini saxlamaq iqtidarında deyil və ailəsini saxlamaq üçün xaricə getməyə çıxış yolları axtarır. Bu, yalnız Müdafiə Nazirliyinin problemi deyil, bu dövlətin strateji problemidir və dövlət bu sahədə əsaslı dəyişikliklər etməyə borcludur. Elə şərait yaradılmalıdır ki, erməni ordusunun zabiti özbaşına xidməti tərk etməsin. Müdafiə Nazirliyi çalışır ki, bu yolla ordudan axının qarşısını alsın, ancaq bu, mümkün deyil”.









SON XƏBƏRLƏR davamı
2017-09-25
2017-09-24










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (12.33%)
Xeyir (87.67%)


TƏQVİM