Lerik rayonunda yol qəzası baş verib.
Unikal.org Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Lerik avtomobil yolunun 23-cü km-də qeydə alınıb.
Belə ki, avtomobilin dərəyə aşması nəticəsində bir qadın ağır yaralanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

***
16:40
Lerikdə avtomobil dərəyə aşıb, ölən var.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun 24-cü km-də "Toyota markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. 

Avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb.
Ölənlərdən biri qadındır. Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir. İlkin məlumata görə,qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

Fakt araşdırılır.

17:51

Lerikdə baş verən avtoqəzada ölənlərin kimliyi məlum olub.

Onlar avtomobilin sürücüsü, Lənkəranın Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayev və Rusiyanın Xabarovsk şəhərinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.