Türkiyədə İstanbulun Beylikdüzü mahalında olan Gürpınar çimərliyində Sinan Nuhpaşa və Cengiz Namlıoğlu, dalğıc paltarlarını geyərək nizə ilə balıq tutmaq üçün səhər saat 06.00-da dənizə ova giriblər. 

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Nuhpaşa dostu Cengiz Namlıoğlu ilə dənizə girdikdən sonra onunla əlaqəsi kəsilib. 
Dərahl sahilə çıxan Nuhpaşa Türkiyə Polis və Sahil Təhlükəsizlik komandanlığına dostunun dənizdə yoxa çıxması ilə bağlı məlumat verir. 

Hadisə yerində dərhal dalğıc və qəza-xilasetmə işləri aparılır. 3 saat əməliyyat aparılsada axtarışlar nəticə vermir. Elə bu zaman 44 yaşlı Cengiz Namlıoğlu əlində 10 kiloqramlıq balıq ilə sudan çölə çıxanda hər kəs təccüblənir. 

Cengiz Namlıoğlu özüdə təccüblə sahilə baxıb. Onun yolunu gözləyən yaxınlarına və polisə başına gələn olayı belə izah edib: "Mən sağa getdim, o isə sola".