Şəkidə kanalizasiya quyusuna düşən Şəki sakini xilas edilib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Sarabski küçəsində baş verib.

1963-cü il təvəllüdlü Mahmudov Rizvan Ramazan oğlu toydan çıxıb evə gedərkən dərinliyi 6 metr olan quyuya düşüb.

Onu çıxarmaq üçün ərazidə FHN-in xilasediciləri cəlb olunub.

Rizvan Mahmudov döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki MRX-ya yerləşdirilib. Vəziyyəti qənaətbəxş hesab olunur.