Yaponiyanın paytaxtı Tokioda parklardan birində 9 nəfər ildırım vurması nəticəsində xəstəxanaya yerləşdirilib.

Unikal.org-un məlumatına görə, xəsarət alanların həyati təhlükəsi yoxdur. İldırım həmçinin elektrik qatarlarının hərəkətinə də təsir edib. Futyu şəhərində qatarlar dayanıb.

Bir neçə saat davam edən fırtına və şimşək çaxması nəticəsində Tokioda ən böyük və populyar festivallardan biri - Tama çayı üzərindəki atəşfəşanlıq festivalı da təxirə salınıb.