Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdaş rayonu, Hüşün kəndində "Chevrolet markalı minik avtomobili Yuxarı Şirvan su kanalına düşüb.

Unikal.org-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1973-cü il təvəllüdlü Paşayev Tərlan Əflatun oğlunun cəsədini sudan çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 17:23-də başa çatıb.