Paytaxt köçürülə bilər

19 Avqust 2017 [20:14]


Krupnov hesab edir ki, Rusiya böyük şəhərlərdən uzaqda yerləşən ərazilər üzərindəki suverenliyini itirə bilər

Rusiyanın Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnov prezident Vladimir Putinə paytaxtla bağlı layihə göndərib.

Unikal.org RT-yə istinadən məlumat verir ki, Krupnov bu layihəsində Rusiya paytaxtını Uralın o biri tərəfinə köçürməyi təklif edib.

Demoqraf hesab edir ki, Moskvada cəmləşən iqtisadiyyatdan uzaqlaşaraq, bütün ölkənin, ilk növbədə Uzaq Şərq və Sibirin inkişafına keçmək lazımdır. Krupnov yazır ki, Rusiya həddən artıq hipermərkəzləşib: "Moskva regionu ölkə əhalisinin beşdə bir hissəsini özündə cəmləyib. Bundan əlavə, milli inkişaf Rusiya əhalisinin 50 faizindən çoxunun yaşadığı 15-20 meqapolisə istiqamətlənib”.

Onun fikrincə, belə vəziyyət Rusiyanın geosiyasi üstünlüklərini itirməsinə gətirib çıxara bilər. Krupnov hesab edir ki, Rusiya böyük şəhərlərdən uzaqda yerləşən ərazilər üzərindəki suverenliyini itirə bilər.










SON XƏBƏRLƏR davamı
2017-09-25
2017-09-24










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (12.33%)
Xeyir (87.67%)


TƏQVİM