Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Əmiraslanov Mətləb Rəşid oğlu döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirib.

RM. Əmiraslanovun hansı şəraitdə bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.