Neftimizdən NƏ XƏBƏR?

20 Avqust 2017 [00:21]


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 18-də 53,39 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,51 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 18-də 52,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 18-də 49,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 18-də 50,92 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,79 dollar/barel çoxdur.











SON XƏBƏRLƏR davamı
2017-09-25
2017-09-24










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (12.33%)
Xeyir (87.67%)


TƏQVİM