Türkiyədə bəzi qurumlar xeyriyyə təşkilatı adı altında terror təşkilatlarının büdcəsinə pul köçürür.

Unikal.org "Yeni Şəfəqə istinadən xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən səyyar xeyriyyə təşkilatları yığılan pulları terror təşkilatlarına bağışlayır.

Terrorçulara dəstək verən agentlər Hatay, Qaziantep, Şanlıurfa və Kilisdə "xeyriyyə birlikləri qurur. Pul köçürmələri həyata keçirildikdən sonra həmin birliklər bağlanır.

Qeyd edək ki, ötən günlərdə Türkiyədə casus kimi fəaliyyət göstərən Mersikop, DİARSİ, Beytune, Vaar, Bahar, Haramon kimi birliklər bağlanılıb.