25 yaşlı ABŞ vətəndaşı Horxe Edvin Rivera dəfələrlə Meksikadan ABŞ-a narkotik vasitələrini pilotsuz uçucu aparatın vasitəsi ilə daşıyıb.

Unikal.org xəbər verir ki, polisin məlumatına görə, Rivera cari ilin mart ayından bu günə kimi azı beş dəfə sərhəddən narkotik keçirib. Bir dəfəyə pilotsuz uçan aparat 6 kiloqrama yaxın narkotik vasitə daşıya bilib.